“Camex” dəyişir! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Camex” dəyişir!

14:40 - 14 / 02 / 2025
“Camex” dəyişir!

Beynəlxalq yükdaşıma və bağlama çatdırılması sahəsində fəaliyyət göstərən "Camex" artıq daha sürətli və daha sərfəlidir.

2014-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən "Camex" müştərilərinə daha çevik və yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün biznes proseslərini yeniləyib. Yenilənmiş xarici anbarlardan tutmuş, daha müştəriyönümlü işçi heyətinə qədər aparılan optimallaşdırma işləri sayəsində "Camex" hazırda azərbaycanlıların ən çox üstünlük verdiyi karqo şirkətlərindən birinə çevrilib.

"Camex"-in Azərbaycan üzrə yeni rəhbəri Georgi Çanturiya bildirir ki, son bir ildə görülən işlər nəticəsində sifariş edilən yüklərin ümumi çəkisi ötən illə müqayisədə 67%, müştəri sayı isə 33% artıb. Daha çox müştəri və yük həcmi isə daha çox etimadın əyani sübutudur.

Qeyd edək ki, "Camex" həm fiziki, həm də hüquqi şəxslər üçün ABŞ, Almaniya, Yunanıstan, Türkiyə, Çin və İngiltərədən yükdaşıma və bağlama sifarişlərini həyata keçirir. Yeni istifadəyə verilmiş "Onlayn sifariş" xidməti isə sifarişlərini şəxsən etməyə vaxtı olmayan müştərilər üçün ideal seçimdir. Bu xidmətdən istifadə etməklə müştərilər sifariş prosesini "Camex" əməkdaşlarına həvalə edirlər.

Bakı şəhəri üzrə üç filial və kuryer vasitəsilə qapıya çatdırılma xidmətləri təqdim edən "Camex" haqqında ətraflı məlumat əldə etmək üçün *2112 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

"Camex" – Səmadakı etibarlı tərəfdaşınız.

Sayt: @camex.az

Instagram: @camex.az

Reklam hüququnda

Paylaş:
197

Son xəbərlər

“Camex” dəyişir!

14 / 02 / 2025, 14:40
Bütün xəbərlər