“Bakı Metropoliteni”nə yeni departament rəisi təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni”nə yeni departament rəisi təyin edilib

Qafar Ağayev10:52 - 10 / 02 / 2025
“Bakı Metropoliteni”nə yeni departament rəisi təyin edilib

Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinin rəisi təyin edilib.

1news.az xəbər verir ki, Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb.

2006-ci ildən etibarən BP şirkətində “Ekologiya və ətraf mühitin mühafizəsi” üzrə müşavir vəzifəsini icra edib. Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun “Komplyans , Maraqların qorunması ve Ekoloji hüquqi normalar” üzrə şöbə müdiri vəzifəsini icra edib.

2018-ci ildən BP şirkətinin “Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri” vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.
Orta təhsilini Bakıda başlayaraq ABŞ-in Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakultəsində davam edib. Hazırda Oksford Universitetində təhsilini davam etdirir.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər