COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak edib

Qafar Ağayev17:56 - Bu gün
COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak edib

COP29 Sədrliyi iqlim maliyyələşməsi çərçivəsində 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin səfərbər edilməsinin müzakirəsi üçün Dubayda keçirilən Dünya Hökumət Sammitində (WGS25) iştirak ediblər.

1news.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"COP29 Sədrliyi Dubayda keçirilən World Goverment Summit tədbirində iştirak edərək dünya liderləri və hökumətlərlə birlikdə bütün maraqlı tərəfləri COP29-un maliyyə hədəfinə nail olunması və tələb olunan 1,3 trilyon dolların səfərbər edilməsi üçün sıx əməkdaşlığa çağırır", - məlumatda qeyd olunub.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər