Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb

11:37 - 11 / 02 / 2025
Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb

Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
171

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər