Metro istifadəçilərinin sayı 4.2 faiz artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metro istifadəçilərinin sayı 4.2 faiz artıb

Qafar Ağayev16:12 - Bu gün
Metro istifadəçilərinin sayı 4.2 faiz artıb

2025-ci ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin isitfadə edib.

İstifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub.

1news.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.

Ən çox sərnişin “Koroğlu” (1 milyon 569 min 567), “28 May” (1 milyon 456 min 460) və “20 Yanvar” stansiyalarına daxil olub (1 milyon 378 min 979).

Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında sərnişin sayı 4.2 faiz artıb.

Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər