“Azərpoçt” adından dələduzluqlar edilir – ETX-dən XƏBƏRDARLIQ
![“Azərpoçt” adından dələduzluqlar edilir – ETX-dən XƏBƏRDARLIQ](/images/2025/02/12/20250212054303512/thumb.jpg?2025-02-12+17%3A45%3A17)
Ani mesajlaşma tətbiqləri üzərindən Azərpoçt MMC-nin adından dələduzluqlar həyata keçirilir.
Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Belə ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.