Daha bir su emalı müəssisəsində nöqsanlar aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir su emalı müəssisəsində nöqsanlar aşkarlandı

Qafar Ağayev11:32 - Bu gün
Daha bir su emalı müəssisəsində nöqsanlar aşkarlandı

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub.

Agentlikdən 1news.az-a verilən məlumata görə, baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb.
Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər