BŞTİ məktəbin yaxınlığında şagirdin döyülməsi məsələsinə münasibət bildirib
![BŞTİ məktəbin yaxınlığında şagirdin döyülməsi məsələsinə münasibət bildirib](/images/2025/02/13/20250213053903704/thumb.jpg?2025-02-13+17%3A43%3A17)
"Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır".
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən 1news.az-a məlumat verilib.
Qeyd edilib ki, araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətdən məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
"Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin yaxınlığında şagirdlər arasında əlbəyaxa davanı əks etdirən görüntülər paylaşılıb.
53