Rəsmi parkinq Bakı Slavyan Universiteti tərəfindən zəbt olunur - AYNA-dan AÇIQLAMA - FOTO
![Rəsmi parkinq Bakı Slavyan Universiteti tərəfindən zəbt olunur - AYNA-dan AÇIQLAMA - FOTO](/images/2025/02/14/20250214053611142/thumb.jpg?2025-02-14+17%3A56%3A28)
Bakı Slavyan Universitetinin qarşısında yerləşən və “Azparkinq”ə məxsus avtomobillərin parklanması üçün təşkil edilən sahə universitet tərəfindən zəbt olunur.
Bu barədə 1news.az-a oxucu müraciət ünvanlayıb.
Bildirilib ki, Süleyman Rüstəm 33 ünvanında yolun kənarında yerləşən, avtomobillərin parklanması üçün təşkil edilən yer ümumi istifadəyə açıq olsa da, universitetin əməkdaşları tərəfindən digər nəqliyyat vasitələrinin burada dayanmasına süni maneələr yaradılır. Bu isə nəqliyyatın hərəkətinə çətinlik yaradır, eyni zamanda sürücülərin alternativ parkinq yeri tapmasını çətinləşdirir. Şəhər mərkəzində onsuz da məhdud olan parkinq yerlərinin belə vəziyyətdə olması vətəndaşların haqlı narazılığına səbəb olur.
Bəs görəsən parkinq yerlərinin qanunsuz olaraq zəbt olunması ilə bağlı hansı tədbirlər görülür?
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, Avtomobil yollarının kənarında nəqliyyat vasitələrinin parklanması üçün təşkil olunan yerlərin müxtəlif vasitələrdən istifadə etməklə kustar üsullarla məhdudlaşdırılması qadağandır.
"Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür" - T.Orucov əlavə edib.
![](/images/2025/02/14/20250214053611142/d_gallery/865af519-a374-477e-8d87-5b13078ba182.jpg)
![](/images/2025/02/14/20250214053611142/d_gallery/acf43a63-2bde-406f-8581-6e9bb99a21ab.jpg)
![](/images/2025/02/14/20250214053611142/d_gallery/b7dc5c97-67c5-47b2-bff5-f4d4554b3862.jpg)
![](/images/2025/02/14/20250214053611142/d_gallery/cfd3ff00-d944-4571-a456-0a29562f23b2.jpg)
![](/images/2025/02/14/20250214053611142/d_gallery/e0d2e99a-0ce4-46bc-8f4d-0071bae3ed2c.jpg)