Qurumların illərlə sakinlərə verdiyi şablon cavablar - Biləcəridə küçənin həll olmayan yol problemi
![Qurumların illərlə sakinlərə verdiyi şablon cavablar - Biləcəridə küçənin həll olmayan yol problemi](/images/2025/02/14/20250214094324428/thumb.jpg?2025-02-14+11%3A04%3A30)
Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu adlanan ərazidə "Ağsu kafe"si adlanan ərazidə əhalinin yol məsələsi acınacaqlı durumdadır.
Bu barədə 1news.az-a sakinlər məlumat veriblər.
Bildirilib ki, adı çəkilən küçədə uşaqların dərsə gedib-gəlməsi çətindir: "Xəstələrə görə çağırılan təcili yardım xidməti yola görə gəlmirlər. Ən çox giriş-çıxış olan, əhalinin çox yaşadığı küçədir. Dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA), Binəqədi rayon İcra Hakimiyyətinə Nazirlər Kabinentinə və digər aidiyyati qurumlara müraciətlər olunub. Bütün qurumlardan da eyni şablon cavablar almışıq. Bizə paralel balaca küçələr asfaltlanıb. Hətta ötən ilin yay aylarında əhalinin çoxsaylı müraciəti əsasında birçox TV-lər(ATV, Real tv) çəkilişlər ediblər. Amma bir nəticə yoxdur. Ümid edirik bizə kömək olunar. Xahiş edirik küçəmizin asfaltlanması işində bizə köməklik göstərilsin"
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474782_img-20250213-wa0065.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474821_img-20250213-wa0059.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474824_img-20250213-wa0062.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474833_img-20250213-wa0067.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474837_img-20250213-wa0060.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474852_img-20250213-wa0061.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474855_img-20250213-wa0064.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474870_img-20250213-wa0063.jpg)
![](/images/2025/02/14/20250214094324428/d_gallery/1739474879_img-20250213-wa0066.jpg)