Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib

10:05 - 15 / 02 / 2025
Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə 1news.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

Paylaş:
183

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər