Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
![Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib](/images/2025/02/15/20250215121553230/thumb.jpg?2025-02-15+12%3A32%3A49)
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.
Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.
141