İlyas İsmayılov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İlyas İsmayılov vəfat edib

14:25 - 17 / 02 / 2025
İlyas İsmayılov vəfat edib

Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

1news.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər