Vətən müharibəsi iştirakçısının övladını yaşadaq! - Köməyə çağırış

“Aylanın 11 yaşı var.
Anadangəlmə “Beta Talassemiya”dan əziyyət çəkir. Uşağa hər ay 2 dəfə Talassemiya mərkəzində qan köçürülür”.
Bu barədə 1news.az-a onun atası Emin Səmədli məlumat verib.
“Aylanın sağalması üçün ilik nəqli əməliyyatına ehtiyac var. Argentinadan donor tapılıb. Əməliyyatın qiyməti 100 min dollardır, onun bir hissəsini 41.500 dolları Nərgiz fondu üzərinə götürüb. Qalanını özümüz toplamalıyıq. Bundan əlavə, indi donora da pul göndərilməlidir ki, əlimizdən çıxmasın. 15 min manat artıq toplanıb. Xahiş edirəm, az-çox fərq etmir, yardımınızı əsirgəməyin”.
Qeyd edək ki, Aylanın atası Emin Səmədli Vətən müharibəsi iştirakçısı, anası isə evdar xanımdır.
Kart hesabı: ABB - 5522 0993 6268 0530 (Narmina Samadova - anası)
Əlaqə nömrəsi: 055 435 47 30 (valideyni)




