Azərbaycan kinematoqrafçıları Berlin Beynəlxalq Film festivalında iştirk edir

Berlin Beynəlxalq Film festivalında Azərbaycan kinematoqrafçıları – Əməkdar artist, AKİ üzvü Rasim Cəfər və AKİ-nin katibi, kinorejissor Türkan Hüseyn də iştirak edir.
1news.az Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, Türkan Hüseyn sözügedən festival çərçivəsində keçirilən kinomarketinqin iştirakçısıdır. Rasim Cəfər isə festivalın Forum bölümündə premyerası keçirilən, rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” bədii filminin premyerasında iştirak edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı hər iki kinematoqrafçının səfər xərclərinə maliyyə dəstəyi göstərib.
201