AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikir

Qafar Ağayev15:48 - 18 / 02 / 2025
AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZAL-dan 1news.az-a verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

“Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda qeyd olunur.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər