Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub

13:38 - 19 / 02 / 2025
Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Paylaş:
92

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər