Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir

Qafar Ağayev11:35 - 19 / 02 / 2025
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir

İyunun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) “A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanı keçirəcək.

1news.az xəbər verir ki, imtahan DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

DİM-dən 1news.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 10-dək davam edəcək.

Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:

Oxu (Reading) - 45 dəqiqə;

Yazı (Writing) – 45 dəqiqə;

Dinləmə (Listening) - 35 dəqiqə;

Danışıq (Speaking) – 14 dəqiqə.

“A2 Key/A2 Key for schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:

Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcəkdir.

Dinləmə (Listening) - 30 dəqiqə;

Danışıq (Speaking) – 12 dəqiqə.

Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in saytından tanış olmaq mümkündür.

Paylaş:
96

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər