Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Fevralın 25-i saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.
Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Qeyd edək ki, fevralın 25-dən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
193