Nərimanov rayonunda mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlandı - FOTO

Qafar Ağayev17:35 - 20 / 02 / 2025
Nərimanov rayonunda mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlandı - FOTO

Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.

Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər