Türkiyədən gətirilən 38 min nektarin tingində uyğunsuzluq aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədən gətirilən 38 min nektarin tingində uyğunsuzluq aşkarlanıb

16:52 - 21 / 02 / 2025
Türkiyədən gətirilən 38 min nektarin tingində uyğunsuzluq aşkarlanıb

Türkiyədən gətirilən 38 min nektarin tingində uyğunsuzluq aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən nümunələr götürülərək müayinələrə cəlb olunub və analiz nəticəsində 38 min ədəd tingdə şarka virusu aşkarlanıb.

Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı, albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər