Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

Qafar Ağayev17:32 - 21 / 02 / 2025
Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

“Son 40 il ərzində fevral ayında ən aşaĝı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib”.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub.

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər