Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

12:04 - 21 / 02 / 2025
Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb: “Həmin domen də tərəfimizdən bloklanıb”.

Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.

Paylaş:
433

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər