Külək, qar, şaxta - Sabahın havası | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək, qar, şaxta - Sabahın havası

12:30 - 21 / 02 / 2025
Külək, qar, şaxta - Sabahın havası

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlmat verilib.

Bildirilib ki, gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər