Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR

13:48 - Bu gün
Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR

Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

1news.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini də bu siyahıya əlavə edilib.

Paylaş:
56

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər