Ötən gün Bakıda 40-dan çox avtobus qəza nəticəsində zədələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Bakıda 40-dan çox avtobus qəza nəticəsində zədələnib

Qafar Ağayev11:34 - Bu gün
Ötən gün Bakıda 40-dan çox avtobus qəza nəticəsində zədələnib

Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.

Paylaş:
68

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər