ADSEA: Azərbaycanda su tarifləri xərcləri qarşılamır | 1news.az | Xəbərlər
Cəmiyyət

ADSEA: Azərbaycanda su tarifləri xərcləri qarşılamır

15:50 - 25 / 02 / 2025
ADSEA: Azərbaycanda su tarifləri xərcləri qarşılamır

Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.

"Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - deyə A.Abbasov əlavə edib.

Paylaş:
361

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər