Bakının Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub - FOTO

Qafar Ağayev17:14 - Bu gün
Bakının Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub - FOTO

Bakının Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.

Qəza baş verəndən dərhal sonra əraziyə agentliyin və aidiyyəti qurumun əməkdaşları cəlb olunmuşdu. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdü.

Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb və səhər saatlarında qəza aradan qaldırılıb.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər