Ötən gün yol qəzalarında xəsarət alanların sayı açıqlanıb

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Məlumata əsasən, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
"BDYPİ yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır", məlumatda deyilir.
62