Yolların buz bağlaması qəzalara səbəb olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yolların buz bağlaması qəzalara səbəb olub - VİDEO

Qafar Ağayev11:58 - Bu gün
Yolların buz bağlaması qəzalara səbəb olub - VİDEO

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

Digər yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb: "Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər