Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Qafar Ağayev12:46 - Bu gün
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Cari ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 66 faizi (9,497 milyon manat) milli valyutada, 34 faizi (4 milyard 888,4 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 60,8 faizi (8 milyard 746,8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1,7 faiz və ya 146 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 671,1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73,8 faizini təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,5 faiz bəndi azalaraq 33,5 faiz olub.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər