Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza aradan qaldırılıb

Qafar Ağayev12:49 - Bu gün
Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza aradan qaldırılıb

Heydər Əliyev prospektində abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.

1news.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib. O bildirib ki, təmir işlərinə dünəndən başlanılıb.

"Mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi, rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb. Əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu. Hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib", - deyə C. Musaoğlu əlavə edib.

Qeyd edək ki, dünən Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza nəticəsində Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranmışdı.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər