Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağırlaşıb

“Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Xalq artisti Ənvər Həsənovun qızı deyib.
O bildirib ki, atası hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib.
“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir.
Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik”, - deyə, aktyorun qızı əlavə edib.