Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı gözlənilir

10:40 - 26 / 02 / 2025
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı gözlənilir

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur. Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Paylaş:
231

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər