Xırdalanda restoranda güclü yanğın olub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda restoranda güclü yanğın olub - FOTO - VİDEO

Qafar Ağayev09:20 - Bu gün
Xırdalanda restoranda güclü yanğın olub - FOTO - VİDEO

Xırdalanda iaşə obyektində yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bildirilib ki, məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

"Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib", - Nazirlik qeyd edib.

İaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Qeyd edək ki, yanğının baş verdiyi obyektin "Faxralı" restoranına məxsus olduğu bildirilir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər