Səbail rayonunda marketdə saxta alkoqollu içkilər aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Qafar Ağayev14:38 - Bu gün
Səbail rayonunda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus “Star” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər