TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib | 1news.az | Xəbərlər
Cəmiyyət

TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib

Qafar Ağayev17:45 - Bu gün
TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər