Vəkil Adəm Məmmədov həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkil Adəm Məmmədov həbs edilib

14:31 - 05 / 03 / 2025
Vəkil Adəm Məmmədov həbs edilib

Vəkil Adəm Məmmədov həbs edilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarılıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər