Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

İranın Bəndər-Ənzəli istiqamətində Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.
İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən, onun Mahmud İbayev olduğunu bildirirlər.
Mahmud İbayevin qardaşı Rəşad İbayev fotoya əsasən, meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.
Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.
1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları davam etdirilirdi.