Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb - VİDEO

13:43 - Bu gün
Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb - VİDEO

Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanla sərhəddə açıq ərazidə yanğın olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Ermənistan tərəfindən törədilmiş yanğınla əlaqədar əraziyə dərhal Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər