Bir ay zəncəfilli qatıq yeyərək 36 kq itirən kişi dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ay zəncəfilli qatıq yeyərək 36 kq itirən kişi dünyasını dəyişib

15:39 - Bu gün
Bir ay zəncəfilli qatıq yeyərək 36 kq itirən kişi dünyasını dəyişib

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər