AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib

16:18 - Bu gün
AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib

Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində AZAL bayramlarla əlaqədar Naxçıvan istiqamətində biletləri əvvəlcədən almağı tövsiyə edir.

1news.az bu barədə AZAL-a istinadən xəbər verir.

Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər