Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qafar Ağayev18:12 - 08 / 03 / 2025
Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb. Ondan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər