Binəqədidə sürücünün hansı səbəbdən döyüldüyü məlum olub - YENİLƏNİB - VİDEO

Bakıda dörd nəfərin küçədə bir nəfərin avtomobilinə hücum edərək sürücünü ölümcül döyməsinin səbəbi məlum olub.
1news.az-ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, hadisə qadın üstündə baş verib.
Belə ki, avtomobilin sürücüsü insidentdə iştirak edənlərdən binin həyat yoldaşına söz atıb. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.
Bundan sonra qadının həyat yoldaşı digər şəxslərlə birlikdə həmin şəxsi cəzalandırmaq üçün onu izləyiblər. Onu küçədə avtomobilində tutublar, onu ölümcül döüyblər.
Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb
***
11:13
Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin avtomobilə hücum edərək sürücünü amansızlıqla döyməsini əks etdirən görüntülər yayılıb.
1news.az xəbər verir ki, hadisə fevralın 5-də Binəqədi qəsəbəsində baş verib.
Bir qrup şəxs 99 BZ 500 dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobilin tıxacda olmasından istifadə edərək, taxta zopalarla ona hücum edib. Onlar maşının şüşələrini sındırıblar, sürücünü zorla yerə düşürərək ona zərbələr endiriblər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır: "Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".