Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

15:25 - Bu gün
Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibəti ilə tədbir keçirilib.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.

Nazir Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib.

O qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən “COP29” kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər