“Azza”nın istehsal etdiyi yağ məhsulunda uyğunsuzluq aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azza”nın istehsal etdiyi yağ məhsulunda uyğunsuzluq aşkarlanıb

Qafar Ağayev15:44 - 13 / 03 / 2025
“Azza”nın istehsal etdiyi yağ məhsulunda uyğunsuzluq aşkarlanıb

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.

1news.az Agentliyə istinadən xəbər verir ki, bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər