“Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq”

Qafar Ağayev11:32 - Bu gün
“Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq”

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - dövlət başçısı əlavə edib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər