Xızının prokuroru yol qəzasına düşüb, araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızının prokuroru yol qəzasına düşüb, araşdırma aparılır

Qafar Ağayev12:08 - Bu gün
Xızının prokuroru yol qəzasına düşüb, araşdırma aparılır

Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər