Polis Bakıda əməliyyat keçirdi, keçmiş məhkum 1,7 kq marixuana ilə tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Bakıda əməliyyat keçirdi, keçmiş məhkum 1,7 kq marixuana ilə tutuldu

12:26 - Bu gün
Polis Bakıda əməliyyat keçirdi, keçmiş məhkum 1,7 kq marixuana ilə tutuldu

Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 26 yaşlı K.Mirzəzadə saxlanılıb. Onun üzərindən 1,7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Xaçmaz rayonu ərazisində yerləşən stansiyaların birində 35 yaşlı A.Məhərrəmovdan da marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər