Bakıda Çanaqqala zəfərinin ildönümü qeyd olunub - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
1news.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgun, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, bir sıra rəsmi şəxslər, QHT nümayəndələri iştirak edib.
Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyub.
Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.



63